EN

Qolçuların “Qızıl buts” mübarizəsi: Lider kimdir?

Olke.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Bavariya”nın hücumçusu Harri Keyn “Qızıl buts” mükafatına namizədlər siyahısında inamla liderlik edir.

Ölkə.az xəbər verir ki, ingiltərəli bombardir Almaniya Bundesliqasının cari mövsümündə artıq 30 qol vurub və buna görə 60 xal toplayıb.

Keyn ən yaxın izləyicisi olan “Real”ın hücumçusu Kilian Mbappeni xeyli qabaqlayır. Fransalı futbolçu La Liqada 23 qol vurub və aktivində 46 xal var.

Nüfuzlu mükafata namizədlər siyahısında “ilk üçlüy”ü “Mançester Siti”nin norveçli qolçusu Erlinq Haaland tamamlayır. O, İngiltərə Premyer Liqasında 22 qol vuraraq 44 xal toplayıb.

Xatırladaq ki, ötən mövsüm “Qızıl buts” mükafatının sahibi Mbappe olub.(publika)

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
19
2
olke.az

3Sources