EN

“Bundan həzz alıram"

Qadın futbolçulardan ibarət Azərbaycan millisi heyətdəki itkiləri hiss etdirməməyə çalışır.

Sportinfo.az xəbər verir ki, bunu yığmanın kapitanı Sevinc Cəfərzadə deyib.

Yarımmüdafiəçi sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində Şimali Makedoniyaya qarşı keçirəcəkləri matçla bağlı fikirlərini bölüşüb:

"İtkilərimiz var. Amma bunu hiss etdirməməyə çalışırıq. Hər kəsin üzündə gülüş var. Qələbə qazanmaq üçün əlimizdən gələni edəcəyik".

Kapitan komanda yoldaşlarını pozitiv düşüncələrə kökləməyə çalışdığını söyləyib:

"Emosiyalarınıza bağlı sualı mənə tez tez verirlər. Futbol emosiya oyunudur.

Komanda yoldaşlarımı kapitan kimi pozitivə kökləməyə çalışıram. Düzdür, daha çox güc sərf edirəm. Amma bundan həzz alıram".

Azərbaycan - Şimali Makedoniya matçı bu gün "Dalğa Arena"da saat 15:00-da start götürəcək.

Chosen
16
sportinfo.az

1Sources