EN

ABŞ dövlət katibi İranda 165 şagirdin öldüyü hadisəni şərh edib

BAKI, 3 mart. TELEQRAF

ABŞ dövlət katibi Marko Rubio İranda Minab şəhərində ibtidai məktəbdə çoxsaylı şagirdin həlak olması ilə bağlı xəbərləri şərh edərkən bildirib ki, Vaşinqton qəsdən mülki infrastruktur obyektlərinə zərbə endirməzdi.

Teleqraf xəbər verir ki, Rubio bu barədə jurnalistlərə açıqlamasında danışıb.

“ABŞ açıq-aydın, məktəbi qəsdən hədəf seçməzdi. Bizim hədəflərimiz raketlərdir. Həm onların istehsal obyektləri, həm də buraxılış qurğuları, eləcə də kamikadze pilotsuz uçuş aparatlarıdır”, - deyə o bildirib.

Rubio əlavə edib ki, ABŞ-nin mülki infrastruktur obyektlərinə zərbə endirmək üçün heç bir marağı və əsası yoxdur. Onun sözlərinə görə, əgər Minabdakı məktəbə zərbə ABŞ tərəfindən endirilsəydi, Pentaqon bununla bağlı araşdırma aparardı.

Qeyd edək ki, fevralın 28-də İran hakimiyyəti ABŞ və İsrailin ölkənin cənubunda yerləşən Minab şəhərində qızlar üçün ibtidai məktəbə zərbə endirdiyini açıqlayıb. Son məlumata görə, hadisə nəticəsində 165 nəfər həlak olub, 95 nəfər isə yaralanıb.

Chosen
47
teleqraf.com

1Sources