EN

Rəsmi Tehran Xameneinin ölümünün mövcud sistemi dəyişdirməyəcəyinə əmindir

İranda ali dini lider Əli Xameneinin öldürülməsindən sonra mövcud sistemin çökəcəyinə inanmırlar.

“İki sahil”in "Tasnim" agentliyinə istinadən xəbərinə görə, bunua İranın xarici işlər naziri Abbas Əraqçi deyib.

O bildirib ki, Xameneinin və yüksək rütbəli komandanların öldürülməsinə baxmayaraq, İranın hələ də dünyanın ən böyük ordularından biri qarşısında dayanması və güclü cavablar verməsi onu göstərir ki, mövcud sistem köklü və möhkəm struktura malikdir və şəxslər getməsi ilə dağılmaya məruz qalmır.

XİN rəhbəri bir daha vurğulayıb ki, hazırkı müharibədə İran haqlı tərəfdir. Onun sözlərinə görə, rəsmi Tehran müharibənin qarşısını almaq və regionda sülhü qorumaq üçün heç nəyi əsirgəməyib və danışıqlar yolunu sınayıb.

O qeyd edib ki, Tehran dəfələrlə xəbərdarlıq edib ki, Vaşinqton tərəfindən müharibə başladılacağı təqdirdə, bu qarşıdurma müstəsna olaraq İran və ABŞ arasında qalmayacaq:

"Bu bizim müharibəni genişləndirmək istəməyimizdən deyil, Amerika hərbi bazalarının və obyektlərinin bütün regiona səpələnməsi ilə bağlıdır. Bizim ABŞ-nin əsas quru hissəsinə çıxışımız yoxdur, lakin onların regiondakı hərbi bazalarına çıxışımız var və fikrimizcə, bu bazalar qanuni hədəflər hesab olunur, çünki onlar həm İrana hücum alətləridir, həm də bizə təcavüz edən ölkəyə məxsusdurlar".

Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyata başlayaraq respublikanın şəhərlərinə hava zərbələri endirib. İran da cavab olaraq İsrail ərazisinə raketlər buraxıb. Bundan əlavə, İran qüvvələri ABŞ-nin Fars körfəzi ölkələrində yerləşən on dörd hərbi bazasına hücum edib. Yaxın Şərqdəki vəziyyətlə əlaqədar regionun bəzi ölkələri hava məkanını müvəqqəti bağlayıb. Həmin gün İranın ali dini rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.

Chosen
15
2
ikisahil.az

4Sources