EN

Araqçidən SENSASİON AÇIQLAMA: “Bu regional müharibə deyil”

İranın xarici işlər naziri Abbas Araqçi bildirib ki, mövcud qarşıdurma Tehranla Vaşinqton arasında müharibədir və regional xarakter daşımır.

NOCOMMENT.az xəbər verir ki, nazir açıqlamasında münaqişənin mahiyyətinə münasibət bildirib.

“Bizim baxışımıza görə, bu müharibə regional deyil. Bu, İranla Amerika arasında müharibədir və təəssüf ki, bütün regiona yayılıb.

Region ölkələri ilə, sionist rejim istisna olmaqla, müharibəmiz yoxdur.

Lakin təəssüf ki, ABŞ qüvvələri regionun müxtəlif ölkələrində yerləşdirilib və biz onlara qarşı çıxmağa məcburuq.

Bu, bizim Amerika ilə qarşıdurmamızdır”, – deyə Araqçi vurğulayıb.

Nazirin sözlərinə görə, İran region ölkələri ilə birbaşa hərbi toqquşma niyyətində deyil, lakin ABŞ qüvvələrinin mövcudluğu vəziyyəti gərginləşdirir. ABŞ tərəfi açıqlamaya hələlik münasibət bildirməyib.

Sara

Chosen
32
nocomment.az

1Sources