EN

Pezeşkiandan Xamenei ilə bağlı kritik açıqlama

İran prezidenti Məsud Pezeşkian ali dini lider Ayətullah Əli Xameneinin öldürülməsi ilə bağlı emosional bəyanatla çıxış edib.

Musavat.com xəbər verir ki, Pezeşkian öz Telegram kanalında paylaşdığı açıqlamada bildirib ki, bu hadisə ABŞ və İsrail üçün heç bir nəticə verməyib və əksinə, onlar üçün rüsvayçılıqla yekunlaşıb.

“Bu gün məscidlərdə, küçələrdə və meydanlarda yas saxlayan xalqımız göstərdi ki, düşmənin planlarını həyata keçirməsinə imkan verməyəcək”, – deyə prezident vurğulayıb.

Pezeşkian qeyd edib ki, ölkədə birlik və həmrəylik ruhu daha da möhkəmlənib. Onun sözlərinə görə, İran xalqı çətin sınaqlar qarşısında geri çəkilməyəcək və dövlət öz təhlükəsizliyini təmin etmək üçün bütün addımları atacaq.

 

Musavat.com

Chosen
64
50
musavat.com

10Sources