EN

“Tramp dayanmasa, III Dünya müharibəsi başlayacaq” Medvedev

ain.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev ABŞ və İsrailin İrana hücumlarına sərt reaksiya verib.

525.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ABŞ və İsrailin başlatdığı hücumlara görə İranın nüvə silahının inkişafını sürətləndirəcəyini bildirib:

“İranın nüvə silahı yaratmaq səylərini ikiqat artıracağına indi heç bir şübhə yoxdur. Tramp öz çılğın və cinayətkar siyasətini davam etdirsə, şübhəsiz ki, III Dünya müharibəsi başlayacaq”.

O, Avropa Birliyinin İranla bağlı məsələdə “ABŞ-ın vassalı” kimi davrandığını qeyd edib:

“Bu, ABŞ və müttəfiqlərinin qlobal hökmranlıqlarını qorumaq üçün apardıqları müharibədir”.

İbrahim Cəfərov

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
19
525.az

1Sources