EN

Moped və motosiklet sürücülərinin NƏZƏRİNƏ! - Yeni qaydalar gəlirVİDEO

Hərəkətin intensiv olduğu yollarda bəzi moped və motosiklet sürücüləri əks istiqamətdə hərəkət edirlər... Üstəlik, həmin ərazilərdə təhlükəli manevrlər edərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyatını riskə atırlar...

Xezerxeber.az xəbər verir ki, onların arasında motosikleti hərəkətdə olarkən ön təkərini qaldıraraq təhlükəli davranış nümayiş etdirənlər də var. Bununla kifayətlənməyərək törətdikləri qayda pozuntularını sosial şəbəkələrdə paylaşır və bu cür hərəkətləri təbliğ edirlər.

Məsələ ilə bağlı Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi sürücülərə xəbərdarlıq edib. Bildirlib ki ikitəkərli nəqliyyat vasitələrinin iştirakı ilə qeydə alınan qəzaların çox hissəsi ölüm və ya xəsarətlə nəticələnir.

Moped sürücüləri tərəfindən törədilən yol-nəqliyyat hadisələrinin və yol hərəkəti qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə normativ-hüquqi bazada müvafiq dəyişikliklər edilib. yeni qaydalar  Bu Aydan etibarən tətbiq ediləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Chosen
7
xezerxeber.az

1Sources