EN

Xamenei səhər yeməyində onlarla görüşüb Tramp

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

ABŞ Prezidenti Donald Tramp ABŞ-ın İrana qarşı əməliyyatının ilk günündə İranın ən yüksək vəzifəli 49 liderinin öldürüldüyünü açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Tramp “Foks Nyus”a müsahibəsində bildirib.

Donald Tramp deyib ki, Ayətullah Əli Xamenei hücumun səhəri səhər yeməyində yaxın ətrafı ilə görüşüb.

“Düşünürdük ki, İran rəhbərliyindən qurtulmaq üçün dörd həftə lazım olacaq. Bilirsiniz ki, onlar gizlənsələr bu, dörd həftədən daha uzun çəkir. Nə baş verdiyini eşidəndə şoka düşdük. Nə baş verdiyinə və harada baş verdiyinə dair dəqiq məlumatımız var idi”, - Tramp əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
8
3
axar.az

5Sources