ain.az, Milli.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumlarla bağlı çox ciddi xəbərdarlıq edib. O, "Əgər lazımi müdaxilə edilməsə, bunun ağır nəticələri olacaq, yanğın böyümədən söndürülməlidir" deyə bildirib.
Milli.Az xəbər verir ki, Ərdoğanın çıxışında "Şənbə günü qonşumuz İrana qarşı beynəlxalq hüququ açıq şəkildə pozan hücumlar edildi. Bu hücumlarda İranın dini lideri Əli Xameneyi ilə yanaşı, mülki və hərbi rəsmilər, həmçinin günahsız uşaqlar da daxil olmaqla çox sayda iranlı həyatını itirdi. Həyatını itirən iranlı qardaşlarımıza Allahdan rəhmət, İran xalqına isə ölkəm və millətim adına başsağlığı diləyirəm.
Prioritetimiz atəşkəsin təmin edilməsi və dialoq qapısının açılmasıdır. Əgər lazımi müdaxilə edilməsə, bu münaqişə prosesinin regional və qlobal təhlükəsizlik baxımından çox ciddi nəticələri olacaq. Belə bir vəziyyətin yaradacağı iqtisadi və geosiyasi qeyri-müəyyənliyə heç bir ölkə tab gətirə bilməz. Bu səbəbdən, yanğın daha da böyümədən söndürülməlidir.
Türkiyə olaraq ilk gündən etibarən ixtilafların diplomatik yollarla həlli üçün intensiv səy göstərmişik; bundan sonra da sülh və sabitlik üçün çabalarımızı davam etdirəcəyik. Atəşkəs bərpa olunana, bölgəmizdə yenidən sakitlik hökm sürənə qədər hər səviyyədə təmaslarımızı artıraraq davam etdirəcəyik.
Bu həssas prosesdə ölkəmizin və vətəndaşlarımızın təhlükəsizliyi ilə bağlı bütün tədbirləri görürük. Heç bir ehtimalı nəzərdən qaçırmır, hər bir hadisəni ən xırda detalına qədər təhlil edirik. Təhlükəsizlik və kəşfiyyat qurumlarımız sahədəki inkişafı çox böyük diqqətlə izləyir. Millətimiz dövlətinə güvənməyə davam etsin." deyə bildirib.Lalə Qüdrətova
Milli.Az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.