EN

İranda xain elan edilən İsmayıl Qaani dindirildi

Xəbər verildiyi kimi, şənbə səhəri ABŞ-İsrail hücumu nəticəsində İranın ali dini lideri Xamneyi də daxil olmaqla çoxsaylı İran rəsmiləri həlak olub. Sağ qalan yeganə şəxs İran İslam İnqilab Keşikçilərinin Qüds Qüvvələrinin komandanı İsmayıl Qaani olub.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ölkəsində casusluqda ittiham olunan Qaaninin dindirildiyi bildirilir. Qaani əvvəlki illərdə İsrailin iki hücumundan da sağ çıxmışdı. Bu, onun agent olması ilə bağlı şayiələri daha da artırıb. Qaani "Həqiqət prosesin sonunda ortaya çıxacaq" desə də, ona qarşı irəli sürülən ittihamlardan sonra ifadəsi alınıb.


Könül

Musavat.com 

Chosen
54
musavat.com

1Sources