Bizim imkanlarımız getdikcə artır, İranda isə zəifləyir.

Leqal.info xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset deyib.

“Bu müharibənin şərtlərini biz müəyyənləşdiririk. Əvvəlini də, sonunu da. Ümid edirik ki, İran xalqı bu inanılmaz fürsəti dəyərləndirəcək”, - nazir qeyd edib.

Heqset vurğulayıb ki, əməliyyatın hədəfi İran təhdidini, eləcə də onun raket sənayesini, donanmasını məhv etmək və nüvə silahı əldə etməsinin qarşısını almaqdır.

Leqal.info