EN

Dənizin insanları: Bajo people su altında 13 dəqiqə qala bilir

Adi insanlar suyun altında nəfəssiz halda adətən 1 dəqiqədən az qala bilirlər. 

News365.az-ın məlumatına görə, Cənub-Şərqi Asiyada yaşayan Bajo qəbiləsinin nümayəndələri 60 metrədək dərinlikdə 13 dəqiqəyə qədər nəfəs saxlayaraq hərəkət edə bilirlər.

Onlar yüz illərdir Filippin, Malayziya və İndoneziya sularında yaşayır, əsasən balıqçılıqla məşğul olurlar. Araşdırmalara görə, bacoların dalağı digər insanlarla müqayisədə təxminən 50 faiz daha böyükdür. Bu isə orqanizmdə oksigen ehtiyatını artıraraq su altında daha uzun qalmağa imkan verir.

Alimlər bu fərqləri nəsillər boyu davam edən dəniz həyatının nəticəsi kimi qiymətləndirirlər.


Chosen
12
news365.az

1Sources