EN

Bin Salman: Moskva Yaxın Şərqdə stabilləşdirici rol oynaya bilər

Moskva Yaxın Şərqdə sabitləşdirici rol oynaya bilər.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Rusiya Prezidenti Vladimir Putin Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə telefon danışığı aparıb.

Tərəflər Yaxın Şərqdə vəziyyətin kəskinləşməsini müzakirə ediblər və münaqişənin böyüyərək fəlakətli nəticələrə yol açmasından narahatlıqlarını ifadə ediblər.

Bin Salman Moskvanın Yaxın Şərqdə sabitliyin təmin olunmasında mühüm rol oynaya biləcəyinə əminliyini bildirib.

Bundan əlavə, V.Putin regiondakı gərginliyi Bəhreyn kralı əl-Xəlifə ilə də müzakirə edib. Rusiya dövlət başçısı regionda vəziyyətin stabilləşməsinə kömək etmək üçün ölkəsinin bütün imkanlardan istifadə etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Liderlər hərbi əməliyyatların dayandırılması və sülh prosesinin bərpası istiqamətində diplomatik səylərin artırılmasının vacibliyini vurğulayıblar.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
40
interpress.az

1Sources