EN

Neft daha da bahalaşacaq AÇIQLAMA

Demokrat.az saytına istinadən ain.az xəbər verir.

Yaxın Şərqdə artan hərbi gərginlik qlobal enerji bazarlarında narahatlıq yaradıb. Regionda baş verən hadisələr xüsusilə neft tədarük zəncirinə təsir baxımından diqqətlə izlənilir. Dünya iqtisadiyyatı enerji qiymətlərinə həssas olduğu üçün hər bir təhlükəsizlik riski birbaşa bazarlara təsir edir. Qeyri-müəyyənlik şəraiti investor davranışlarını dəyişdirir və qiymət dalğalanmalarını gücləndirir. Bu səbəbdən mövcud vəziyyət həm iqtisadi, həm də strateji baxımdan əhəmiyyətli hesab olunur.Məsələ ilə bağlı iqtisadçı Razi Abbasbəyli Demokrat.az-a bildirib ki, dünya neftinin nəqlinin təxminən 20 faizi Hörmüz boğazı vasitəsilə həyata keçirilir:"Hörmüz boğazı eyni zamanda Asiya qitəsində əsas neft bazarlarına çatdırılmada strateji rol oynayır. Boğaz və Körfəz ölkələrində yaranmış hərbi gərginlik müəyyən müddətə qədər qeyri-müəyyənlik yaradır və bu qeyri-müəyyənlik bazarlarda qiymətlərə mənfi təsir göstərir. Neft tədarükünün logistika baxımdan dayanması və ya zəifləməsi nəticə etibarilə əsas idxalçı ölkələrin alternativ bazarlara yönəlməsinə səbəb olur ki, bu da qiymət artımına gətirib çıxarır".Ekspert bildirir ki,  bu gün səhər saatlarında dünya birjaları açıldıqdan sonra son səkkiz ayda ilk dəfə olaraq neftin qiyməti təxminən 10 faiz artıb və bu artım davam edə bilər:"Çünki ABŞ Prezidenti Donald Tramp açıqlamasında bildirib ki, İranda hərbi əməliyyatlar dörd həftə və ya daha uzun müddət çəkə bilər. Bu isə mart ayında Körfəz ölkələrində, İran ətrafında və təbii ki, Hörmüz boğazında gərginliyin və qeyri-müəyyənliyin davam edəcəyini göstərir.Belə bir vəziyyətdə neftin qiymətinin artmaqda davam edəcəyi ehtimal olunur və qiymət artımı mart ayında təxminən 20-25 faiz aralığında proqnozlaşdırılır. Vəziyyətin nə vaxt sabitləşəcəyi ilə bağlı qeyri-müəyyənlik mövcud olduğu üçün bazarlardakı qeyri-müəyyənlik qiymət artımına işarə edir. Beləliklə, dünya bazarlarında neftin qiymətinin mart ayında kəskin şəkildə yüksələcəyi ehtimalı gündəmdədir".Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana hücum edib. Buna cavab olaraq isə, İran da İsrailə raketlər atıb. İranın ali dini lideri Ayətullah Xamenei öz ofisində öldürülüb, İranın dövlət televiziyası bildirib. Onun ölümü ilə əlaqədar ölkədə 40 gün matəm və 7 günlük qeyri-iş günü elan edilib.Əfsanə Kamal

Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
34
demokrat.az

1Sources