EN

İran zərbələri səbəbindən məktəblər bağlandı



Cənubi Kipr Respublikasında Britaniya bazasının yaxınlığındakı məktəblər dron hücumuna məruz qalıb.

Newscenter.az trthaber-ə istinadən bildirir ki, bu barədə Cənubi Kipr Respublikasının Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, Britaniya suveren Akrotiri bazasının yaxınlığındakı kəndlərdəki məktəblər ehtiyat tədbiri olaraq bağlanıb.

Kipr Yunan mediası dünən gecə Akrotiridəki Britaniya suveren bazasına dron hücumundan sonra Cənubi Kiprdəki Britaniya bazalarının ətrafına çox sayda polis yerləşdirildiyini bildirib.

Hücumdan sonra bazanın yaxınlığındakı mülki şəxslər dərhal təxliyə edilərək Kipr Yunan Milli Qvardiyasının təlim düşərgəsindəki obyektlərə yerləşdirilib.

Mülki şəxslərin ərazidən təxliyəsinin bu gün də davam edəcəyi bildirilib.

Anar
Chosen
112
newscenter.az

1Sources