EN

Pensiyaçılara şad xəbər

Azərbaycanda pensiya təminatı ilə bağlı müzakirələr fonunda Sovet dövründə çalışmış vətəndaşların iş stajının pensiya hesablanmasına təsiri yenidən aktuallaşıb. Xüsusilə, yaşlı nəslin bir hissəsi hesab edir ki, SSRİ illərində uzun müddət işləmələrinə baxmayaraq, aldıqları pensiya həmin əmək fəaliyyətini tam əks etdirmir. Bu səbəbdən sovet dövrü stajının yenidən qiymətləndirilməsi və pensiyaların artırılması məsələsi ictimai müzakirələrdə tez-tez səsləndirilir.

Bəs, Azərbaycan pensiyaçıları üçün Sovet dövründəki iş stajının tanınması və pensiya artımı gələcəkdə mümkün ola bilərmi?

Publika.az bildirir ki, mövzu ilə bağlı iqtisadçı Rəşad Həsənov konkret.az-a açıqlamasında bildirib ki, əslində milli pensiya sistemi formalaşdırılarkən həmin dövrdəki əmək fəaliyyəti müəyyən formada nəzərə alınıb.

R.Həsənov: "Exchange" açmaq üçün 50 min manat vəsaitin tələb olunması sahibkarların işə marağını azaldır

"2006-cı ildə sığorta stajı mexanizminin yaradılması ilə bağlı qanunvericiliyin əsasları müəyyən edilərkən "Əmək pensiyaları haqqında" qanunda SSRİ dövründə çalışmış Azərbaycan vətəndaşlarının iş illəri üçün xüsusi yanaşma tətbiq olunub.

Chosen
14
8
publika.az

10Sources