EN

Misir İrana çağırış etdi: Ərəb ölkələrinə hücumları dayandırın



Misirin xarici işlər naziri Bədr Əbdül Fəttah İranı ərəb ölkələrinə hücumlarını dərhal dayandırmağa və bölgədəki gərginliyi azaltmağa çağırıb. Misir Xarici İşlər Nazirliyinin yazılı açıqlamasına görə, nazir Əbdüləti Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Küveyt, Qətər, Oman, Bəhreyn, İraq, İordaniya və Suriyanın xarici işlər nazirləri ilə ayrıca telefon danışıqları aparıb.

Bəyanatda qeyd olunur ki, Əbdüləti Misirin ərəb ölkələri ilə tam həmrəyliyini bir daha təsdiqləyib və "ədalətsiz hücumları" pisləyib.Əbdüləti İranın ərəb dövlətlərini hədəf almağı dərhal dayandırmasının vacibliyini vurğulayaraq, "regionda gərginliyin azaldılmasına, maksimum təmkinliliyə və dialoqa üstünlük verilməsinə" çağırdı.


Dövlətlərin suverenliyinə hörmət etməyin və beynəlxalq hüquq prinsiplərinə və BMT Nizamnaməsinə tam riayət etməyin vacibliyinə işarə edən Əbdüləti bunun "təhlükəli vəziyyətin idarə olunmasına və münaqişənin şiddətlənməsinin qarşısının alınmasına töhfə verəcəyini" bildirdi.

Küveyt, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Bəhreyn, Oman, İordaniya, Suriya və İraq ABŞ-İsrail hücumlarına cavab olaraq son üç gündür İran tərəfindən hədəfə alınıb.

İsrail və ABŞ Tehran və Vaşinqton arasında danışıqlar aparılarkən 28 fevralda İrana hərbi hücuma başlayıblar.

İran buna cavab olaraq ABŞ bazalarının yerləşdiyi İsrail, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn də daxil olmaqla bir neçə regional ölkədə müəyyən etdiyi hədəflərə hücum edib.

ABŞ-İsrail hücumlarında İran lideri Ayətullah Əli Xamenei və çoxsaylı digər yüksək vəzifəli şəxslər öldürülüb.

İran Qızıl Aypara Cəmiyyəti ölkəni hədəf alan bombardmanlarda 555 nəfərin öldüyünü, 747 nəfərin isə yaralandığını açıqlayıb.

aia.az
Tərcümə şöbəsi



Chosen
81
7
aia.az

10Sources