Medicina saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Hər dəfə pivə içdikdən sonra şiddətli baş ağrısı olan kişidə xərçəng əlaməti olduğu ortaya çıxdı.
Medicina.az xəbər verir ki, 26 yaşlı kişi pivə içdikdən sonra qəfildən şiddətli baş ağrısı keçirirdi, o müayinə olunmaq üçün xəstəxanaya getdikdə diaqnozdan şoka düşür.
Milad şənliyində dostları ilə pivə içən gənc ertəsi gün səhər şiddətli ürəkbulanma da daxil olmaqla qeyri-adi dərəcədə şiddətli baş ağrısı simptomları ilə oyandı.
Ryan pivə zəhərlənməsi olduğunu düşündü. Lakin sonrakı iki ay ərzində onun sağlamlığı yalnız pisləşdi. Hamı onun arıqladığını da görürdü. O, həmçinin gecələr tərləməyə başladı.
Gənc Britaniyalı kişiyə müraciət edən həkimlər onun qan analizlərində yüksək leykosit sayı aşkar etdilər. Ona qan xərçəngi, IV mərhələ Hodgkin limfoması diaqnozu qoyuldu.
Müalicədən sonra onun remissiyada olduğu elan edildi, lakin sonradan metastazla residiv verdi. Bu il təkrar kimyaterapiya aldı və hazırda vəziyyəti yaxşıdır.
Aygün Musayeva
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.