EN

İran cavab zərbələrində yeni nəsil raketlərdən istifadə edib KİV

Qafqazinfo saytına istinadən ain.az xəbər verir.

İran ordusu İsrail və ABŞ-nin hərbi hava bazalarına endirdiyi zərbələrdə texnoloji cəhətdən təkmilləşdirilmiş yeni növ partlayıcı başlıqlardan istifadə etməyə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi məlumat yayıb.

Nəşr yazır ki, rəsmi Tehranın son hücumlarında istifadə etdiyi raketlər həm həcm, həm də keyfiyyət baxımından əvvəlkilərdən ciddi şəkildə fərqlənir.

Məlumata görə, yeni nəsil döyüş başlıqlarında tətbiq edilən partlayıcı maddələr sayəsində 500 kiloqramlıq raketin dağıdıcı gücü əvvəlki bir tonluq başlıqların effektivliyinə bərabərdir. CNN-in yaydığı məlumatda isə bildirilir ki, ABŞ tərəfi cavab zərbələrini dəf etmək və İranın hərbi potensialını daxildən sarsıtmaq üçün “Tomahawk” raketləri və HIMARS sistemlərindən ibarət geniş arsenalını işə salıb.

Xatırladaq ki, fevralın 28-i səhər saatlarında ABŞ və İsrailin başladığı “Nərildəyən şir” əməliyyatı nəticəsində İranın Ali Lideri Əli Xamenei həlak olub. Buna cavab olaraq isə İran regiondakı Amerika hərbi bazalarına qarşı intensiv raket hücumlarını davam etdirir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
25
23
qafqazinfo.az

10Sources