Astara, 2 mart, İlkin Adıyev, AZƏRTAC
Xarici ölkələrin, ümumilikdə, 100-dən çox vətəndaşının İrandan təxliyəsi təmin olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu gün səhər saat 9-dan 17-dək “Astara” dövlət sərhədindən buraxılış məntəqəsi vasitəsilə təxliyə olunan şəxslər əsasən Rusiya Federasiyası, Çin və Pakistan vətəndaşlarıdır.
Proses mərhələli şəkildə həyata keçirilir və sərhəd-keçid məntəqəsində müvafiq prosedurlar yerinə yetirilir.
Təxliyə edilənlər arasında Rusiya Federasiyası vətəndaşları üstünlük təşkil edir. Son mərhələdə 70-ə yaxın Rusiya vətəndaşı Azərbaycan ərazisindən tranzit qaydada keçərək ölkələrinə yola salınıb.