EN

Əli Laricani: "İran uzunmüddətli müharibə aparmağa hazırdır"

"İran uzunmüddətli müharibə aparmağa və ölkəsini nəyin bahasına olursa-olsun müdafiə etməyə hazırdır".

Moderator.az xəbər verir ki, bunu İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani "X" sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, İran ABŞ-dən fərqli olaraq, uzun müharibəyə hazırlaşıb.

"Biz özümüzü və altı min illik qədim sivilizasiyamızı, ödəməli olacağımız əvəzdən asılı olmayaraq, var qüvvəmizlə müdafiə edəcəyik. Və düşmənlərimizin səhv hesablamalarına görə peşman olacaqlarına əmin olacağıq", - deyə Laricani vurğulayıb.

Chosen
29
moderator.az

1Sources