EN

“Polat Alemdar”ı “Yeraltı”nda görə bilərik – FOTO

Türkiyənin bir zamanlar reytinqli serialı “Kurtlar vadisi”nin “Polat Alemdar”ı kimi tanınan aktyor Necati Şaşmazın “Now” kanalında yayımlanan “Yeraltı” serialına qatılacağı iddia olunub.

Bizim.Media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Necati Şaşmaz "Yeraltı" serialının heyətinə qonaq aktyor kimi qatılacaq.

Məlumata görə, N.Şaşmaz serialda sadəcə 2 bölüm rol alacaq.

Qeyd edək ki, “Yeraltı” serialına bundan öncə “Kurtlar vadisi”nin daha iki aktyoru - Muhammed Cangören və Sefa Zengin qatılıb. Onlar 23 ildən sonra eyni rolda çıxış edib. Ekran işində həmçinin “Kurtlar vadisi”nə aid ifadələrin yer alması da izləyicilərdə maraq yaradıb.




Bizim.Media

Chosen
19
2
bizim.media

8Sources