EN

Avropa Komissiyasının sədri Yaxın Şərqdə münaqişənin deeskalasiyasına çağırıb

Bakı. Trend:

Yaxın Şərqdə vəziyyət qeyri-sabit olaraq qalmaqdadır.

Trend xəbər verirki, bunu Avropa Komissiyasının sədri Ursula fon der Lyayen rəsmi“X” səhifəsində bildirib.

“Birincisi, uzun illər əziyyət çəkmiş İran xalqı üçün yenidənümid yaranıb. Biz onların öz gələcəklərini müəyyənləşdirməkhüququnu qətiyyətlə dəstəkləyirik. İkincisi, vəziyyətindeeskalasiyası və münaqişənin yayılmasının qarşısının alınması üçünmümkün olan hər şeyi etməliyik”, – deyə o bildirib.

Avropa Komissiyasının sədri vurğulayıb ki, regionun sabitliyibirinci dərəcəli önəm kəsb edir və yeganə uzunmüddətli həll yolunundiplomatik yol olduğunu diqqətə çatdırıb.

“Bu isə İran üçün həm nüvə, həm də ballistik proqramlarındayandırılmasını, eləcə də regionda sabitliyi pozan fəaliyyətlərəson qoyulmasını əhatə edən keçid dövrü deməkdir”, – fon der Lyayenəlavə edib.

O həmçinin bildirib ki, mövcud vəziyyət Təhlükəsizlik Şurasınıniclasında müzakirə olunacaq və vurğulayıb ki, Avropa sonhadisələrin nəticələrinə – enerji və nüvə texnologiyalarıməsələlərindən tutmuş miqrasiya və təhlükəsizlik sahələrinədək –hazır olmalıdır.

Chosen
92
az.trend.az

1Sources