EN

Azərbaycan və Rusiya “AZAL” təyyarəsinin qəzası ilə bağlı yaxın vaxtlarda kompleks addımlar atacaqlar

BAKI, TurkicWorld

Azərbaycan və Rusiya "AZAL" təyyarəsinin qəzası ilə bağlı yaxın vaxtlarda addımlar atacaqlar.

TurkicWorld xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin martın 2-də Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbulu zamanı bildirilib.

Söhbət zamanı qeyd edilib ki, Azərbaycan və Rusiya liderlərinin 2025-ci il oktyabrın 9-da Düşənbədə keçirilən görüşündə əldə etdikləri razılaşmalara uyğun olaraq, tərəflər 2024-cü il dekabrın 25-də "AZAL" təyyarəsinin qəzaya uğraması nəticəsində yaranan problemlərin həlli üzrə yaxın vaxtlarda kompleks praktik addımlar atacaqlar.

Chosen
12
24
turkic.world

10Sources