“Fənərbağça”nın futbolçusu Nelson Semedo zədələnib.
İdmanxeber.az-ın məlumatına görə, portuqaliyalı cinah müdafiəçisi Super Liqanın 24-cü turunda “Antalyaspor” ilə oyunda (2:2) sol dizindən xəsarət alıb.
Semedonun təxminən 4 həftə yaşıl meydanlardan kənarda qalacağı bildirilir.