EN

FİFA prezidenti nəsə deyərkən ağızlarını bağlayan futbolçulara qırmızı vərəqə verilməsini təklif etdi

FİFA prezidenti Canni İnfantino maraqlı təkliflə gündəmə gəlib.

Fanat.Az-ın məlumatına görə, oyunların gedişində yaşanan insidentlər zamanı nəsə deyərkən ağızlarını əlləri və ya geyimləri ilə bağlayan futbolçulara qırmızı vərəqə verməyi təklif edib.

"Sky News" qurum rəhbərinin sözlərini belə çatdırıb: "Ağızlarını bağlayan oyunçular aşkar şəkildə dediklərini gizlətməyə çalışırlar. Bəlli məsələdir ki, onlar yolverilməz hərəkət ediklərini bilirlər. Adam ağzını bağlayırsa, deməli, nəyisə gizlətməkdə maraqlıdır. Rasizmə qarşı effektli işlər görməliyik. Əlbəttə, emosional vəziyyətdə baş verən halları da nəzərə almaq lazımdır. Yəni kimsə ictimaiyyət qarşısında sonradan üzr istəsə, cəzası yumşaldılamalıdır".

Xatırladaq ki, Çempionalr liqasının 1/8 final mərhələsi çərçivəsində "Real" və "Benfika" arasında keçirilən cavab oyununda Portuqaliya klubunun yarımmüdafiəçisi Canluka Prestianni ağzını futbolkası ilə bağlayaraq İspaniya nəhənginin cinah hücumçusu Vinisius Juniora nəsə deyib. Vinisius hakimə yaxınlaşaraq rəqib oyunçunun irqçilik etdiyini bildirsə də, Prestianni rasizm ittihamı ilə razılaşmayıb. Lakin sonradan qeyri-etik davranışa görə üzr istəyən orta xətt oyunçusu 1 oyunluq diskvalifikasiya olunub. 

Nihat
 

Chosen
25
1
fanat.az

2Sources