EN

Nazirlik məktəb dərsliklərinin çapı üçün 13 milyonluq tenderlər keçirir

 Elm və Təhsil Nazirliyi (VÖEN – 1500046011) müxtəlif təhsil səviyyələri üzrə dərsliklərin istehsalı məqsədilə 7 fərqli açıq tender elan edir.

FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, elan edilən müsabiqələrin ümumi ehtimal olunan qiyməti 13 204 250 manat təşkil edir. Tenderlərin detalları aşağıdakı kimidir:

  1. Ümumi orta təhsil səviyyəsi üzrə böyük ölçülü dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 6 533 351 manat, iştirak haqqı 1 500 manat, son təqdim olunma tarixi 10 aprel 2026-cı il.

  2. İbtidai təhsil səviyyəsi üzrə 4 illik dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 2 273 075 manat, iştirak haqqı 1 000 manat, son təqdim olunma tarixi 10 aprel 2026-cı il.

  3. İbtidai təhsil səviyyəsi üzrə 1 illik dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 1 689 843 manat, iştirak haqqı 600 manat, son təqdim olunma tarixi 10 aprel 2026-cı il.

  4. Ümumi orta təhsil səviyyəsi üzrə kiçik ölçülü dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 901 408 manat, iştirak haqqı 450 manat, son təqdim olunma tarixi 3 aprel 2026-cı il.

  5. Tam orta təhsil səviyyəsi üzrə böyük ölçülü dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 652 283 manat, iştirak haqqı 450 manat, son təqdim olunma tarixi 3 aprel 2026-cı il.

  6. Tam orta təhsil səviyyəsi üzrə kiçik ölçülü dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 643 890 manat, iştirak haqqı 450 manat, son təqdim olunma tarixi 3 aprel 2026-cı il.

  7. Məktəbəhazırlıq səviyyəsi üzrə dərsliklərin istehsalı: Ehtimal olunan qiymət 510 400 manat, iştirak haqqı 450 manat, son təqdim olunma tarixi 3 aprel 2026-cı il.

Bütün müsabiqələr üzrə istifadə haqqı 25 manat, tələb olunan iddiaçıların sayı isə 3 müəyyən edilib. Zərflərin açılışı təkliflərin son təqdim olunma tarixlərində həyata keçiriləcək.

Əlaqələndirici şəxs: Elmira Səmədzadə - baş məsləhətçi
[email protected]
+994 12 599 11 55

İddiaçılar təkliflərini müvafiq tarixlərə qədər Bakı şəhəri, Xətai prospekti 49 ünvanına təqdim edə bilərlər.

Chosen
13
fed.az

1Sources