İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) kürd qruplarını münaqişəyə qatılmamağa çağırıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Rudaw TV" məlumat yayıb.
Məlumata görə, İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İranın qərbindəki kürdlərin yaşadığı ərazilərə nəzarət edən Sepah-ın Həmzə Komandanlığı vasitəsilə İraq Kürdüstanı və İranda fəaliyyət göstərən qrupları bölgədə davam edən münaqişədə iştirak etməmək barədə xəbərdar edib.
"Rudaw TV" telekanalı komandanlıqdan sitat gətirib: "Separatçı elementlər tərəfindən ən kiçik bir hərəkət belə olarsa, onların tamamilə məhv edilməsi gündəmə gətiriləcək".
Kanalın məlumatına görə, bu bölgənin dağlıq ərazilərində ondan çox kürd müxalifət silahlı təşkilatı yerləşir və onların sıralarında minlərlə döyüşçü var. Eyni zamanda, 1 mart və 2 mart səhər tezdən ABŞ və İsrail İranın qərbindəki kürdlərin yaşadığı ərazilərdə onlarla hədəfə, o cümlədən İİKK-ya aid obyektlərə zərbələr endiriblər.
Aminə ŞAHSUVARQIZI