EN

Qətərdə idman tədbirləri dayandırıldı

ain.az, Demokrat.az portalına istinadən məlumat verir.

Qətər Ulduzlar Liqası növbəti xəbərdarlığa qədər dayandırıldıqdan sonra Argentina və İspaniya milli komandaları arasında keçirilməsi planlaşdırılan Finalissima oyununun taleyi qeyri-müəyyən olaraq qalır.Martın 27-də Doha şəhərində təşkil olunması nəzərdə tutulan qarşılaşmada hazırkı Avropa çempionu İspaniya millisi ilə Cənubi Amerikanın güclü təmsilçisi Argentina üz-üzə gəlməli idi. Lakin regionda artan hərbi-siyasi gərginlik bu planları təhlükə altına salıb. Məlumata görə, İranın ölkə daxilindəki bazalara zərbələri və Yaxın Şərqdə münaqişənin şiddətlənməsi fonunda Qətər hökuməti təhlükəsizlik məqsədilə ölkədə bütün idman tədbirlərini müvəqqəti olaraq dayandırmaq qərarı verib. Bu qərar çərçivəsində Qətər Ulduzlar Liqası da qeyri-müəyyən müddətə təxirə salınıb.Hazırda Argentina-İspaniya Finalissima matçının başqa ölkədə keçirilməsi və ya daha sonraya ertələnməsi məsələsi müzakirə olunur. Rəsmi qurumlar tərəfindən yekun qərarın yaxın günlərdə açıqlanacağı gözlənilir. (Sfera.az)Demokrat.az Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
45
demokrat.az

1Sources