EN

Tramp Starmerin hava bazalarından istifadəyə icazə verməməsindən məyusdur

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniya Baş naziri Keir Starmerdən məyusluğunu ifadə edib.

APA xəbər verir ki, Tramp bu barədə “The Telegraph”a müsahibəsində deyib.

O bildirib ki, İrana qarşı əməliyyatlar üçün ABŞ-a Britaniyanın Dieqo Qarsiyadakı hərbi bazasından istifadə etməyə icazə verilməməsi onu məyus edib.

Trampın sözlərinə görə, Starmerin bu addımı “misli görünməmiş bir hərəkət” olub, lakin ABŞ və Britaniya arasında belə məsələlər əvvəllər də baş verib.

Chosen
37
3
apa.az

4Sources