EN

Küveytdə üç ABŞ qırıcısı “dost atəşi” nəticəsində vurulub

CENTCOM: F-15E Strike Eagle təyyarələri "Epic Fury" əməliyyatı zamanı elə amerikalılar tərəfindən vurulub, ekipaj üzvləri xilas edilib...

Poliqon xəbər verir ki, United States Central Command (CENTCOM) Küveyt üzərində üç ABŞ hərbi qırıcısının “dost atəşi” nəticəsində qəzaya uğradığını açıqlayıb.

Bəyanatda bildirilir ki, martın 1-i Şərq vaxtı ilə saat 23:03-də "Epic Fury" əməliyyatında iştirak edən üç ədəd F-15E Strike Eagle qırıcısı, ehtimal ki, "dost qüvvələr"in açdığı atəş nəticəsində Küveyt səmasında qəzaya uğrayıb.

CENTCOM-un məlumatına görə, hər üç təyyarənin altı ekipaj üzvü vaxtında katapult edib. Onlar dərhal təxliyə olunub və hazırda vəziyyətlərinin stabil olduğu bildirilib.

Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır. İlkin qiymətləndirməyə əsasən, insident əməliyyat zamanı koordinasiya və ya identifikasiya xətası nəticəsində baş verə bilər. ABŞ hərbi rəhbərliyi məsələni hərtərəfli araşdıracağını və nəticələr barədə əlavə məlumat veriləcəyini açıqlayıb.

Qeyd edək ki, Küveyt ABŞ-nin Yaxın Şərqdə əsas hərbi tərəfdaşlarından biridir və ölkə ərazisində Amerika hərbi kontingenti yerləşir. “Dost atəşi” halları nadir olsa da, mürəkkəb əməliyyat şəraitində zaman-zaman qeydə alınır və ciddi təhlükəsizlik prosedurlarının yenidən nəzərdən keçirilməsinə səbəb olur.

Poliqon.info

Chosen
37
poliqon.info

1Sources