EN

Təbrizə gedən yazardan xəbər yoxdur: Həyat yoldaşı danışdı

Son günlər İrana qarşı hücum zərbələri əsasən strateji hərbi və nüvə obyektlərinə yönəlib.

Əsasən ölkəninTehran, İsfahan, Kərəc, Məşhəd və Təbriz şəhərlərindəki obyektlər hədəfə alınıb.

Qeyd edək ki, Azərbaycan Yazıçılar Birliyinin Güney Azərbaycan ədəbiyyatı komissiyasının sədr müavini, yazıçı, televiziya aparıcısı Həmid Herisçi də Təbrizə səfər edib. Ancaq münaqişə başlayandan onunla əlaqə saxlamaq mümkün olmayıb.

“Cebheinfo.az”bununla bağlı Həmid Herisçinin həyat yoldaşı, aparıcı İlhamiyyə Rza ilə əlaqə saxlayıb:

- Həmid Herisçi Təbrizdəolarkən sizinlə əlaqə saxlayıbmı?

- Hazırda orada rabitə yoxdur. İran-Amerikası münaqişə başlayandan sonra rabitə kəsilib. Axırıncı dəfə biz əlaqə saxlayanda, o, Təbrizdə idi.

- Təbrizə son səfəri nə ilə bağlı idi?

- Həmid Azərbaycan Yazıçılar Birliyində Güney Azərbaycan Komissiyasının sədr müavinidir. Güneyli şairlərlə, yazıçılarla əlaqəsi sıxdır. Mütəmadi olaraq oraya gedir. Eyni zamanda, özü təbrizlidir. Qohumları, dostları da orada yaşayır. Yəni bu baxımdan onun Təbrizə getməsi çox təbiidir. Heç bir səbəb olmadan da gedə bilər.

- Sonuncu dəfəəlaqə saxlayanda vəziyyətlə bağlı nə deyib?

- Sonuncu dəfə iki gün bundan öncə, müharibə başlayandan 2 saat sonra zəng etmişdi. Dedi ki, narahat olma, bilirəm burada rabitə kəsiləcək. Mən bu gün də zəng etmişəm. Yoxlayıram ki, bəlkə telefon açıldı. Hələ ki, Təbrizdədir.

Chosen
1
2
turkustan.az

3Sources