ain.az, Demokrat.az portalına istinadən məlumat yayır.
Birləşmiş Ərəb Əmirlikləri regional gərginlik səbəbindən ölkədən çıxa bilməyən turistlərə dəstək qərarı verib. Hava sahəsinin müvəqqəti bağlanması bütün daxili və xarici uçuşların ləğv edilməsinə səbəb olub. Bu vəziyyətlə əlaqədar ölkədə ilişib qalan qonaqların yaşayış və yemək xərcləri dövlət büdcəsi hesabına qarşılanacaq.Demokrat.az xəbər verir ki, BƏƏ-nin Ümumi Mülki Aviasiya İdarəsi tərəfindən otellərə artıq rəsmi göstərişlər göndərilib. Xüsusilə Abu Dabi və Dubay şəhərlərində fəaliyyət göstərən otellər qonaqların qalma müddətini uzatmalı və yaranan əlavə xərcləri hökumətdən tələb etməlidir. Hazırda geri qayıda bilməyən turistlər arasında Azərbaycan vətəndaşları da var və onlara qarşı da eyni qayda tətbiq olunacaq.Bu addım regional gərginlik fonunda turistlərin təhlükəsizliyini təmin etmək və onların çətinliyini azaltmaq məqsədi daşıyır. Ölkə rəhbərliyi hava məkanı tam açılana qədər bu dəstəyi davam etdirəcəyini bildirib. Prosesin nə qədər çəkəcəyi isə regiondakı ümumi təhlükəsizlik vəziyyətindən asılı olaraq dəyişə bilər.İsmayıl
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.