EN

Belarusun milli aviadaşıyıcısı Təl Əvivə uçuşu ləğv edib

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 2 mart, AZƏRTAC

Belarusun milli aviadaşıyıcısı “Belavia” martın 5-də Təl-Əvivə planlaşdırılan uçuşunu ləğv edib və hazırda Dohada olan turistləri geri gətirmək üçün təyyarə göndərməyi planlaşdırır.

AZƏRTAC Belarusun Belta informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə aviaşirkət məlumat yayıb. Bildirilib ki, İsrailin Aviasiya Xidməti ölkə ərazisi üzərindən uçuşlara tətbiq edilən qadağanı martın 6-dək uzadıb. Nəticədə “Belavia” martın 5-nə planlaşdırılmış Minsk–Təl-Əviv–Minsk reysini ləğv etmək məcburiyyətində qalıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
3
azertag.az

4Sources