EN

Rusiya Federasiya Şurasının keçmiş üzvü Umar Cəbrayılov Moskvada intihar edib

Rusiya Federasiya Şurasının Çeçenistandan olan keçmiş üzvü, "Avanti" assosiasiyasının təsisçisi Umar Cəbrayılov Moskvada intihar edib.

"Far.Az" xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb.

Məlumata görə, onun yanında tapança aşkar edilib.

Bu zaman intiharın baş verdiyi yer barədə məlumatlar ziddiyyətlidir. Bir sıra KİV-in məlumatına görə, hadisə hoteldə baş verib, digər KİV-lər isə onun öz mənzilində intihar etdiyini iddia edir.

U.Cabrayılov hələ 2020-ci ildə intihar cəhdi göstərmişdi, lakin o zaman sahibkar xilas edilmişdi.

Chosen
44
1
far.az

2Sources