Olay.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.
1 mart 2026-cı il tarixində Böyük Britaniyanın Mançester şəhərində yerləşən “Co-op Live Arena”da “Brit Awards 2026” mərasimi keçirilib.
OLAY yazır ki, “Brit Awards” tarixində ilk dəfə olaraq tədbir London xaricində təşkil olunub.
Mərasimin ən çox mükafat qazanan sənətçisi Olivia Dean olub. O, “İlin sənətçisi”, “İlin albomu” (The art of loving), “Ən yaxşı pop sənətçisi” və “Ən yaxşı mahnı” (Rein me in, Sam Fender ilə birlikdə) nominasiyalarında qalib gəlib.
Digər əsas nominasiyalar üzrə qaliblər arasında “İlin qrupu” adına layiq görülən “Wolf Alice”, “Ən yaxşı debüt sənətçisi” seçilən Lola Younq və “Ən yaxşı alternativ/rok sənətçisi” elan olunan Sam Fender yer alıb. “Ən yaxşı beynəlxalq sənətçi” nominasiyasında Rosalia qalib gəlib, “Ən yaxşı beynəlxalq mahnı” mükafatı isə Roze və Bruno Marsın ifa etdiyi APT. mahnısına verilib.
Mərasimdə “İlin söz yazarı” mükafatı Noel Qallaqherə, “İlin prodüseri” mükafatı PinkPantheressə təqdim olunub. “Həyat boyu nailiyyət” mükafatı isə Ozzy Osbourneun xatirəsinə həsr edilib.
“Brit awards 2026” musiqi sənayesində yeni adların ön plana çıxması və mərasimin Mançesterdə keçirilməsi ilə yadda qalıb.
Gecədə Herri Stayles, Dua Lipa, Rozalia və Robbi Uiliyams səhnəyə çıxıb.



















Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.