EN

İrandan İsrailə XƏBƏRDARLIQ!

İran İslam İnqilabı Keşikçiləri Korpusu (İİKK) İsrail sakinlərini hərbi obyektlərdən və dövlət binalarından uzaq durmağa və dərhal ölkəni tərk etməyə çağırıb.

Redaktor.az xəbər verir ki, bu barədə "Fars" xəbər agentliyi məlumat yayıb.

İİKK bildirib ki, artıq Amerika hərbi bazalarına və İsrail ərazisinə hücumları genişləndirmək planları barədə xəbərdarlıq edib.

Həmçinin vurğulanır ki, İranın raket zərbələri Tel-Əvivdəki hökumət binasını, eləcə də Hayfa və Şərqi Qüdsdəki hərbi hədəfləri hədəf alacaq.

Aminə ŞAHSUVARQIZI

Chosen
30
redaktor.az

1Sources