EN

“Azərbaycanda qadın hüquqları yüksək səviyyədə təmin olunur” - Komitə sədri

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov 8 mart Beynəlxalq Qadınlar Günü ilə əlaqədarQHT.az-a açıqlamasında qeyd edib ki, ölkədə qadın siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev qoymuşdur.

"Belə ki, Ulu Öndər ölkə həyatının bütün sahələrində qadınlara xüsusi yer ayırdı, onların hərtərəfli fəaliyyətinə geniş meydan verdi, lider qadınlar yetişdirdi. Ölkəmizdə dövlət səviyyəsində qadın siyasətinin əsasını qoyan Ümummilli Lider Heydər Əliyev qadın şəxsiyyətinə böyük hörmətlə yanaşırdı. Bu nəcib siyasət uğurlu siaysi varis Prezident İlham Əliyevin dövründə daha yüksək səviyyəyə qalxdı. Azərbaycan qadını ölkənin bütün sahələrində olduğu kimi Milli Məclisdə də uğurla təmsil olunur. Milli Məclisin I çağırışında 15, II çağırışında 13, III çağırışında 14, IV çağırışında 20, V çağırışında 20, VI çağırışında 21, VII çağırışında 26 qadın deputat seçilmişdir. 2020-ci il martın 10-dan Milli Məclisə qadın deputat sədrlik edir. Heydər Əliyev Fondunun qadın hüquqlarının təmin olunması ilə bağlı həyata keçirdiyi layihələr də təqdirə layiqdir.

Chosen
3
qht.az

1Sources