EN

Pentaqonda belə məlumat olmayıb

Pentaqon rəsmiləri ABŞ Konqresində keçirilən qapalı brifinqdə İranın Yaxın Şərqdə yerləşən Amerika qüvvələrinə ilk zərbə endirməyi planlaşdırdığına dair konkret kəşfiyyat məlumatlarının olmadığını etiraf ediblər.

“İki sahil” xəbər verir ki, bu barəəd Reuters agentliyi məlumat yayıb.

Agentliyin mənbələrinə istinala verdiyi xəbərə əsasən, qanunvericilərlə qapalı görüş martın 1-də baş tutub və təxminən bir saat yarım davam edib.

Administrasiya nümayəndələri bildiriblər ki, ABŞ qüvvələri üçün əsas təhlükə İranın ballistik raketləri və regionda fəaliyyət göstərən, Tehran tərəfindən dəstəklənən proksi qruplaşmalardır. Lakin İranın birbaşa hücuma hazırlaşdığını təsdiqləyən sübutlar təqdim olunmayıb.

 

Chosen
80
ikisahil.az

1Sources