Birləşmiş Krallıq ABŞ-nin İrandakı raket anbarlarına zərbə endirmək üçün hərbi bazalarından istifadə etmək tələbinə müsbət cavab verib.
Hafta.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmer X platformasında dərc olunmuş videomüraciətində bildirib:
"Təhdidin qarşısını almağın yeganə yolu raketləri onların buraxılış, saxlama yerlərində və ya onları buraxmaq üçün istifadə edilən buraxılış qurğularında məhv etməkdir. ABŞ bu xüsusi və məhdud müdafiə məqsədi üçün Britaniya bazalarından istifadə etmək üçün icazə istəyib. İranın bölgədə raket buraxmasının qarşısını almaq üçün bu tələbi təsdiqləməyə qərar verdik".
Starmer əlavə edib ki, Böyük Britaniya ABŞ-nin hücumlarına birbaşa qoşulmayacaq:
"Biz İrana ilkin hücumlarda iştirak etməmişik. İndi də hücum əməliyyatlarına qoşulmayacağıq".
O bildirib ki, bu qərar təxminən 200 min Britaniya vətəndaşının yaşadığı qonşu Yaxın Şərq ölkələrində Tehranın mümkün hücumlarının dayandırılması zərurəti ilə bağlıdır:
"Körfəzdəki tərəfdaşlarımız bizdən onları qorumaq üçün daha çox iş görməyimizi xahiş ediblər. Qərarımızın əsasını uzun müddətdir dost və müttəfiqlərimizin kollektiv özünümüdafiəsi və Britaniya vətəndaşlarının qorunması təşkil edir. Bu, beynəlxalq hüquqa uyğundur".