EN

Ərdoğan Xameneinin ölümü ilə bağlı başsağlığı verdi

Ajans.az xəbər verir ki, Türkiyə lideri bu barədə X səhifəsində yazıb. "Dünən baş verən hücumlarda İranın ali rəhbəri Ayətullah Əli Xameneinin həlak olması xəbərini dərin kədər hissi ilə eşitdim. Hörmətli Xameneiyə Allah-Təaladan rəhmət diləyirəm və qardaş İran xalqına başsağlığı verirəm. Ölkəm və xalqım adından başsağlığı verirəm. İran xalqı ilə birlikdə Türkiyə olaraq bölgədəki bütün dost və qardaşlarımızın layiq olduqları sülh və sabitliyi bərpa etməsi, bölgəmizi bürüyən münaqişənin bitməsi və diplomatiyaya qayıtmağımız üçün səylərimizi qətiyyətlə davam etdirəcəyik", - deyə Türkiyə prezidenti yazıb.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Endirilən zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb.

Chosen
49
38
Ajans.az

10Sources