EN

İordaniya İrana nota verib

Yazını böyüt
Yazını kiçilt

İordaniya Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi İran səfirliyinin müvəqqəti işlər vəkilini çağıraraq ölkəyə edilən hücumlarla əlaqədar etiraz notası verib.

Hafta.az xəbər verir ki, bu barədə nazirliyin X sosial media platformasında dərc olunmuş bəyanatında bildirilib.

"İordaniya Xarici İşlər və Mühacir Məsələləri Nazirliyi İran İslam Respublikasının Əmmanda yerləşən səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb və İordaniya ərazisinə və digər ərəb dövlətlərinə edilən hücumlarla əlaqədar olaraq onun hökumətinə etiraz notası göndərib", - bəyanatda deyilir.

Chosen
45
6
hafta.az

7Sources