EN

Aİ İrana qarşı yeni sanksiyaların tətbiqini istisna etmir

Avropa İttifaqı İranın nüvə və raket proqramları ilə bağlı əlavə sanksiyaların tətbiqini istisna etmir.

Redaktor.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın birlik ölkələri adından yaydığı bəyanatda bildirilib.

“Aİ ardıcıl olaraq İranı nüvə proqramını dayandırmağa və ballistik raket proqramını məhdudlaşdırmağa çağırır”, – deyə bəyanatda qeyd olunub.

Bununla yanaşı, Aİ ABŞ və İsrailin İrana zərbələri ilə kəskinləşən Yaxın Şərqdə gərginliyin azaldılmasına da çağırış edib.

Chosen
8
2
redaktor.az

3Sources