EN

İsrail Tehranın mərkəzinə yeni zərbələr endirdiyini açıqlayıb

İsrail Hərbi Hava Qüvvələri Tehranın mərkəzində yerləşən obyektlərə qarşı yeni zərbələrə başlayıb.

APA xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin mətbuat xidməti məlumat yayıb.

“İsrail Hərbi Hava Qüvvələri İran rejiminə qarşı Tehranın mərkəzində yeni zərbələr silsiləsinə başlayıb”, – deyə açıqlamada bildirilir.

Zərbələrin hədəfləri və nəticələri ilə bağlı əlavə məlumat verilməyib.

Chosen
32
apa.az

1Sources