EN

Əraqçi: Xameneinin öldürülməsi beynəlxalq hüququn prinsiplərinə hücumdur

BAKI, 2 mart. TELEQRAF

İranın xarici işlər naziri Abbas Əraqçi ali lider Ali Xameneinin öldürülməsini beynəlxalq hüququn əsas prinsiplərinə birbaşa hücum adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Əraqçinin İranın BMT-yə ünvanladığı məktubda qeyd edilib.

Məktub BMT-nin baş katibi Antonio Guterresə və Təhlükəsizlik Şurasının üzvlərinə ünvanlanıb.

Sənəddə qeyd olunur ki, ABŞ və İsrail suveren BMT üzvü olan dövlətin ali vəzifəli şəxsini hədəf seçərək beynəlxalq hüququn fundamental prinsiplərini pozub. Əraqçi bu addımı qorxaq terror aktı adlandırıb.

Nazir vurğulayıb ki, İran rəhbərliyinə qarşı qəsdən hücum dövlətlərarası münasibətləri tənzimləyən normaların kobud və misilsiz pozuntusudur və “Pandoranın qutusunu” açır.

Əraqçi BMT rəhbərliyini və Təhlükəsizlik Şurasını ABŞ və İsraili məsuliyyətə cəlb etmək üçün təxirəsalınmaz, konkret və effektiv tədbirlər görməyə çağırıb. Onun sözlərinə görə, Vaşinqton və Təl-Əviv insanlığa qarşı cinayətlər və hərbi cinayətlər törədir.

Chosen
30
teleqraf.com

1Sources