Qahirə, 2 mart, AZƏRTAC
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) İrandakı səfirliyini bağlayıb, səfirini geri çağırıb. Səfirlikdən diplomatik missiyasının bütün üzvləri BƏƏ-yə qayıdıblar.
AZƏRTAC yerli mediaya istinadla xəbər verir ki, bu addım BƏƏ ərazisinin raketlərlə hədəf alınmasına etiraz olaraq atılıb.
BƏƏ XİN-nin bəyanatında bildirilir ki, ölkənin təhlükəsizliyinə və suverenliyinə qarşı hər hansı təcavüz qətiyyətlə rədd edilir.
Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə