Avropa İttifaqı İranın nüvə və raket proqramları ilə bağlı əlavə sanksiyaların tətbiqini istisna etmir.
APA xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallasın birlik ölkələri adından yaydığı bəyanatda bildirilib.
“Aİ ardıcıl olaraq İranı nüvə proqramını dayandırmağa və ballistik raket proqramını məhdudlaşdırmağa çağırır”, – deyə bəyanatda qeyd olunub.
Bununla yanaşı, Aİ ABŞ və İsrailin İrana zərbələri ilə kəskinləşən Yaxın Şərqdə gərginliyin azaldılmasına da çağırış edib.