İsraildə fövqəladə vəziyyət rejimi 12 marta qədər uzadılacaq.
"Unikal" xəbər verir ki, qərar ölkə hökuməti tərəfindən telefonla keçirilən səsvermədən sonra qəbul olunub.
Məlumata əsasən, rejim fevralın 28-də tətbiq edilib və hərbi kampaniya martın 12-dək başa çatarsa, daha tez ləğv edilə bilər, yaxud döyüşlər davam edərsə, müddət uzadıla bilər.
Xatırladaq ki, fevralın 17-də Vaşinqton və Tehran arasında keçirilən nüvə danışıqlarının ikinci raundu irəliləyişsiz başa çatdıqdan sonra ABŞ İrana yaxın ərazilərdə mövcudluğunu artıraraq Avropa və Yaxın Şərqdəki bazalara 150-dən çox təyyarə yerləşdirib.