EN

Bakıdan uçan təyyarə təcili eniş etdi: Küçədə silahlı adamlar…

Bakıdan Şarjaya uçan Birləşmiş Ərəb Əmirliklərinin “Air Arabia” aviaşirkətinə məxsus təyyarə Pakistanın Karaçi şəhərinə təcili eniş edib.

Bunu Bakupost.az-a politoloq Turab Rzayev bildirib.

Politoloq deyib ki, məlumatı 2 azyaşlı övladı ilə Karaçiyə eniş edən Mənsur adlı sərnişindən alıb.

Məlumata görə, təcili enişə səbəb İran-İsrail arasındakı şiddətli qarşıdurma ilə əlaqədar hava sahəsinin təhlükəli vəziyyəti olub:

“Uşaqlı, qocalı 50 nəfər qalıb Karaçi küçələrində…Karaçidə silahlı adamlar gəzir. Sərnişinlər isə bir təhlükədən yayınıb, başqa bir təhlükəli vəziyyətin ortasına düşüblər. Üstəlik, yerləşdirildikləri otel də qənaətbəxş deyil”,- o əlavə edib.

Chosen
35
3
editor.az

4Sources